Previous Next

Quba filialında "Regionlarda ali təhsil: reallıqlar və perspektivlər” II Beynəlxalq elmi konfrans keçirilib

Dekabrın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının təşkilatçılığı ilə "Regionlarda ali təhsil: reallıqlar və perspektivlər” II Beynəlxalq elmi konfrans keçirilib.
Regionlarda ali təhsilin inkişafı, kadr potensialının yüksəldilməsi, qarşılıqlı elmi və beynəlxalq əlaqələrin qurulması, innovasiyasının gücləndirilməsi, təbii-coğrafi şəraitin potensialının istehsalata və praktikaya cəlb edilməsi, habelə alimləri, tədqiqatçıları, dövlət və özəl sektor təmsilçilərini bir araya gətirmək məqsədilə keçirilən konfrans hibrid formada təşkil edilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Plenar iclasda giriş nitqi ilə çıxış edən moderator, filialın direktoru dosent Yusif Alıyev ADPU-nun rektoru prof. Cəfər Cəfərovu, konfransda iştirak edən Qırğızıstan Respublikasının elm və təhsil nazirini, yerli və xarici universitetlərin rektorlarını, alimləri və araşdırmaçıları salamlayaraq qeyd etmişdir ki, konfransa Azərbaycan, Türkiyə, Rusiya, İran, Pakistan, Yəmən, Liviya, Əlcəzair, Özbəkistan, Qırğızıstan, Moldovadan 58 məqalə qəbul edilmişdir.
Daha sonra giriş məruzəsi ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov qeyd edib ki, son 20 ildə Azərbaycan hər sahədə olduğiu kimi təhsil sahəsində də böyük uğurlara imza atmışdır. Belə ki, ölkənin pedaqoji kadr hazırlığında ilk sırada yer alan ADPU və onun filialları da bu sahədə bu sahədə xüsusilə fərqlənir.
Daha sonra Türkiyənin Qars Kafqaz Universitetinin rektoru prof. Hüsnü Kapu, Moldovanın Tiraspol Dövlət Universitetinin rektoru prof. Eduard Kropseanu, Pakistanın Pəncab Universitetinin Coğrafiya departamentinin direktoru prof. Səfdər Əli Şirazi, Əlcəzairin Bouira Universitetinin dekanı prof. Məhəmməd Celoul Zaadi, Rusiyanın Nijnevartovsk Dövlət Universiretinin rektoru prof. Sergey Qarlov, İranın Təbriz Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri prof. Xəlil Vəlizadə, Yəmənin Ərəb İttifaqı Akademiyasının prezidenti dr. Məhəmməd Əli Əhməd Humran, Özbəkistanın Termiz Dövlət Universitetinin prorektorları dos. Mohirux Xoşimxuyayeva və dos. Obidcan Şafiyev, Dağıstan Dövlət Texniki Universitetinin rektoru dos. Nurməhəmməd Surakatov, Liviyanın Afrika Təhsil Akademiyasının prezidenti dos. Əbdülsalam Əli Əhməd və ADPU-nun elm və innovasiyalar üzrə prorektoru prof. Azəf Zamanov çıxış edərək konfransın əhəmiyyətindən danışaraq, region universitetlərinin inkişafına dair təklif və proqram xarakterli layihələr təqdim etdilər.
Plenar iclasdakı çıxışlardan sonra konfrans iki bölmə üzrə onlayn şəkildə öz işini davam etdirmişdir.
Qeyd edək ki, beynəlxalq konfrans filialın Ədəbiyyat və dillər kafedrasının müəllimləri f.f.d. Elmira Əliyeva və b/m. Sərxan Cəfərov tərəfindən sinxron tərcümə həyata keçirilib.
Konfransın materialları fiziki və elektron formada dərc ediləcək.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search