Previous Next

ADA Universitetinə infotur

ADA Universiteti və "Regional İnkişaf" İctimai Birliyi arasında mövcud əməkdaşlıq əsasında Şamaxı rayonundan olan bir qrup gəncin ADA Universitetinə tanışlıq səfəri və Almaniya Federativ Respublikasının ölkəmizdəkı fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemanın mühazirəsində iştirakı təşkil edilib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında təhsil alan tələbələrinin də iştirak etdiyi səfər çərçivəsində gənclər ADA Universitetinin kampusunu gəzərək, tədrisin təşkili ilə yaxından tanış olub, səfir Ralf Horlemanın cari iqtisadi və geosiyasi məsələlərlə bağlı fikirlərini dinləyiblər.

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

 

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin