Previous Next

Mediasiya Şurası tərəfindən Pedaqoji Universitetin tələbələri üçün seminar keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Azərbaycan Respublikasının Mediasiya Şurasının birgə təşkilatçılığı ilə “Azərbaycanda mediasiya islahatları” mövzusunda universitetin müəllim və tələbələri ilə görüş keçirilib.
Görüşdə Pedaqoji Universitetin Tədris Departamentinin Məzun, Koordinasiya və Karyera şöbəsinin müdiri Könül Əsgərova, mediator – təlimçi Həsən Bayramov, Bakı şəhəri 15 saylı Mediasiya Təşkilatının rəhbəri, təlimçi Qasım Şaliyev iştirak edib.
Çıxış edən Həsən Bayramov Azərbaycanda mediasiya institutunun yaranması və hazırkı tarixədək olan inkişaf istiqamətlərindən söz açıb. Qasım Şaliyev isə mediatorların fəaliyyəti və mediasiya islahatları barədə məlumat verib.
Sonda mediator – təlimçilər tərəfindən tələbələrin sualları cavablandırıb və xatirə şəkli çəkilib.

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

 

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin