Previous Next

ADPU-nun Şəki filialının komandası “Gender əsaslı zorakılıq və ayrı-seçkiliyə qarşı Debat Forumu”nun kubokunu qazandı

Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondu və BMT-nin Qadınlar Agentliyinin təşkilatçılığı ilə həyata keçirilən “Gender əsaslı zorakılıq və ayrı-seçkiliyə qarşı Debat Forumu” layihəsinə yekun vurulub.
Avropa İttifaqı, BMT-nin Əhali Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, kampaniyaya cəlb olunmuş təhsil müəssisələrinin, Milli Məclisin deputatlarının, qeyri-hökümət təşkilatlarının nümayəndələrinin iştirakı ilə layihənin bağlanış mərasimi keçirilib.
Layihə çərçivəsində təşkil olunan debat yarışlarında iştirak edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının tələbələrindən ibarət komanda birincilik qazanıb və bağlanış mərasiminə dəvət olunub.
Bağlanış mərasiminin rəsmi hissəsindən sonra layihənin gedişatını əks etdirən video-hesabat nümayiş etdirilib, “Qadınlara qarşı zorakılıq və ayrı-seçkiliyin aradan qaldırılmasında kişilərin töhfəsi əvəzedilməzdir” mövzusunda final debat oyunu təşkil edilib. ADPU-nun Şəki filialının tələbələri finalda da birincilik qazanaraq kuboka sahib olublar. Eyni zamanda “Ən yaxşı spiker” nominasiyası üzrə filialın Filologiya fakültəsinin II tədris ili tələbələri Əfsanə Əbdürəhimova I, Solmaz Bədəlova isə II yerə layiq görülüb, “Ən yaxşı natiq” nominasiyası üzrə həmin fakültənin I tədris ili tələbələri Kəmalə Eminova I, Əfsanə Əbdürəhimova II, Pedaqoji fakültənin III tədris ili tələbəsi Nigar Məmmədli isə III yer tutub. Qələbə qazanmış tələbələrə medal, diplom və hədiyyələr təqdim olunub.

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

 

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin