Previous Next

ADPU-da "Narkotik vasitələrdən istifadənin risk amilləri” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Dekabrın 16-da Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə universitetdə “Narkotik vasitələrdən istifadənin risk amilləri” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə iştirak edən Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Səbail rayon komissiyasının sədri Eldar Ağayev, ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev, Dövlət Komissiyasının İşçi Qrupunun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə dair Milli İnformasiya sektorunun müdiri Rafiq Allahverdiyev və Səbail rayon Polis İdarəsinin əməkdaşı Emin Bağırzadə mövzu ətrafında çıxışlar etmişlər.
Çıxışlarda narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asıllıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin insan orqaniziminə məhvedici təsirləri, o cümlədən gənclərin asudə vaxtının səmərəli təşkil olunması barədə ətraflı məlumatlar verilmişdir. Daha sonra tələbələri maraqlandıran suallar ətrafında geniş diskussiya aparılmışdır.
Sonda müəllimlərə İşçi Qrup tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyyələr” adlı kitabça, tələbələrə isə zəruri təbliğat materialları təqdim edilmişdir.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search