Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva və universitetin bir qrup tələbəsi AZTV-də yayımlanan “45 dəqiqə” verilişinin qonağı olublar.
Dekabrın 17-də tarixində canlı olaraq yayımlanan verilişdə “Məktəblərdə metodiki işin təşkili ” mövzusunda müzakirələr aparılıb. Müəllim hazırlığı proqramlarının təkmilləşdiyini qeyd edən prorektor gələcək müəllimlərin metodiki bacarıqlarının formalaşdırılması, səriştələrinin inkişafı üçün pedaqoji ixtisaslaşmalarda pedaqoji təcrübə müddətinin artırılması təklifi ilə çıxış edib.
Verilişə linkə keçid edərək baxa bilərsiniz: https://www.youtube.com/watch?v=jvoCnPUCRaE