Dekabrın 16-da Milli Erasmus+ Ofisinin rəhbərliyi ilə Xəzər Universitetində Erasmus+ məlumat günü keçirilib.
Milli Erasmus+ Ofisi ilə birgə keçirilən tədbirdə Azərbaycanın ali təhsil müəssisələrinin, eləcə də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin nümayəndələri iştirak ediblər.
Tədbirin əsas məqsədi yeni Erasmus+ 2022 çağırışında CBHE (Capacity Building in Higher Education - Ali Təhsildə Potensialın Gücləndirilməsi) və bir sıra proqramlar üzrə məlumatların ali təhsil müəssisələrinə çatdırılmasıdır.
Xəzər Universitetinin rektoru İradə Xəlilova tədbirin açılışında çıxış edərək qonaqları salamladı və tədbirin ölkədə ali təhsilin gələcək inkişafı və Azərbaycan ali təhsil müəssisələrinin Avropa İttifaqı (Aİ) ölkələrinin universitetləri və təhsil strukturları ilə beynəlxalq əməkdaşlığı üçün əhəmiyyətini vurğuladı.
Daha sonra Milli Erasmus+ Ofisinin rəhbəri Pərviz Bağırov Azərbaycanda Erasmus+ proqramının rolundan və 2022-ci il çağırışlarındakı yeniliklərdən, Elm və Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi Vüsalə Qurbanova isə ali təhsil sahəsində milli prioritetlər və nazirliyin Erasmus+ proqramlarına dəstəyi barədə ətraflı məlumat verdilər.
Tədbirdə, həmçinin Xəzər Universitenin Beynəlxalq əlaqələr ofisinin prorektoru Vlad Vernygora və biologiya elmləri üzrə fəlsəfə doktoru dos. Cavid Ocaği çıxış edərək Erasmus+ proqramının rolundan bəhs etdilər.
Tədbirin ikinci hissəsində Pərviz Bağırov 2021‒2027-ci illər üçün Erasmus+ proqramları və mövcud çağrışları iştirakçıların diqqətinə çatdırdı. Sonda tədbir sual-cavab sessiyası ilə davam elədi.
Qeyd edək ki, tədbirdə ADPU-nun Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları Gülnar Ələkbərova, Rəna Həsənova, Beynəlxalq layihələr və qrantlar şöbəsinin müdiri Mehparə Əhmədova və şöbənin əməkdaşı Ülkər Abdullayeva iştirak ediblə