Previous Next

ADPU rektoru tələbələrlə görüşdü

Dekabrın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru professor Cəfər Cəfərov “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsi çərçivəsində ali məktəblərə hazırlaşaraq 2022-ci ildə ADPU-ya qəbul olunmuş birinci tədris ili tələbələri ilə görüşüb.
Qeyd edək ki, 2014-cü ildən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və bir sıra şirkətlərin korporativ sosial məsuliyyət siyasəti çərçivəsində tərəfdaşlığı ilə həyata keçirilən “Gələcəyini Qur!” Layihəsi ilə aztəminatlı ailələrdən olan gənclərin ali təhsil almaları üçün dəstək göstərilir. Ötən dövr ərzində layihədən yararlanan 150 gənc ADPU-nun müxtəlif fakültələrinə daxil olublar. Cari ildə isə layihə çərçivəsində qəbul imtahanlarına hazırlaşan 15 gənc ADPU tələbəsi adını qazanıb.
Görüşdə rektor prof. C.Cəfərov gənclərlə səmimi söhbət edərək, ali məktəbə qəbul olunmaları münasibəti ilə təbrik edib, onların təhsil və sosial həyatları ilə maraqlanıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search