Previous Next

ADPU-nun Şamaxı filialında Hüseyn Cavidin 140 illik yubileyi silsilə tədbirlərlə qeyd olunub

2022-ci ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 140 ili tamam olur. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış Sərəncamına müvafiq olaraq, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında tədbirlər planı təsdiq edilmişdir. Plana uyğun olaraq filialın Kitabxana və elektron resurslar şöbəsində guşə yaradılmış, Tələbə Gənclər Təşkilatı (TGT) və Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə şairin ev muzeyinə ekskursiya təşkil olunmuşdur.
Bu tədbirlərin davamı kimi filialın Heydər Əliyev lektoriyasında “Mənim tanrım gözəllikdir, sevgidir” adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan filialın direktoru dosent Tünzalə Yusifova qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin Hüseyn Cavidlə bağlı əvəzsiz tarixi xidmətlərini bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev davam etdirir. Ədibin 140 illiyinin qeyd olunması ilə bağlı imzalan Sərəncam da məhz Azərbaycan ədəbiyyatına, Cavid yaradıcılığına diqqət və qayğının göstəricisidir.
Tələbələrdən Zəhra Cəfərzadənin hazırladığı videoçarxda mütəfəkkir şair və dramaturqun həyat və fəaliyyətini əks etdirən bir çox faktlar əks olunub.
Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müəllimi Türkan Hüseynova və Kitabxana və elektron resurslar kafedrasının müdiri Vəsilə Razımi H.Cavidin gözəllik və sevgini ən incə şəkildə misralara düzən filosof şair olduğunu qeyd etdilər. Vurğulanıb ki, qüdrətli sənətkar həmçinin humanist ideallar uğrunda mübarizəyə səsləyən mənzum faciələri və tarixi dramları ilə Azərbaycan dramaturgiyasında yeni mərhələnin təməlini qoymuşdur.
Daha sonra tələbələrdən Şəfəq Rəcəbova “Hüseyn Cavidin həyatı”, Aysel Baratova “Hüseyn Cavidin yaradıcılığı”, Yavər İsgəndərova “Hüseyn Cavid yaradıcılığında sevgi və din mövzusu”, Rəsul Mehdiyev “Cavid yaradıcılığında türkçülük”, Ayşad Əmirova “H.Cavid yaradıcılığında qadın mövzusu”, Turanə Hacıyeva “İblis” əsəri, Gülsurə Dadaşova “Heydər Əliyev və Hüseyn Cavid taleyi” mövzularında çıxış etdilər. Şəbnəm Axverdiyevanın “Mənim tanrım gözəllikdir, sevgidir” şeirini, Şəfaqət Abdullazadənin “İblis” əsərindən İblisin monoloqunu, Toğrul Mənəfov və Fərəh Nəbiyevanın “Xəyyam” əsərindən səsləndirdikləri parçalar xüsusi maraqla qarşılandı.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search