Previous Next

Fizika fakültəsində tələbələr ingilis dilində elmi seminar keçirib

Dekabrın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika fakültəsində Young Physics klubunun təşkilatçılığı ilə elmi seminar keçirilib. Seminarda fakültənin tələbələri Fidan Novruzlu, Onur Kərimli, Əfsanə Cəlilova, Leyla Hacıyeva, Nərgiz Mustafazadə və Türkan Sadıqova ingilis dilində “Physics in Cuisine”, “Physics in Spaceship” və “Teleportation” mövzularında təqdimatla çıxış ediblər. Daha sonra tələbələrin fizikaya aid ingilis dilində debatları baş tutub.
Seminarda iştirak edən Fizika fakültəsinin dekanı dosent Arzu Daşdəmirov, dekan müavinləri dosent Qalib Şərifov və dosent Xatirə Adgözəlova tələbələrin çıxışları ilə bağlı fikirlərini bildiriblər. Yekunda iştirakçıların sualları cavablandırılıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search