Previous Next

Pedaqoji Kollecdə Hüseyn Cavid yaradıcılığına həsr olunan ədəbi-bədii tədbir keçirilib

Dekabrın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Hüseyn Cavidin 140 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamını rəhbər tutaraq ədibin yaradıcılığına həsr olunmuş “Turana qılıncdan daha kəskin ulu qüvvət, Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət” adlı ədəbi-bədii tədbir keçirilmişdir.
Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, başçının müavini Təravət Muradova, ADPU-nun rektoru prof. Cəfər Cəfərov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru prof. Ceyran Mahmudova, YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev və başqaları iştirak etmişdir.
Azərbaycan Respublikasının xalq artisti Məmməd Səfanın rəhbərliyi ilə tələbələrin hazrladıqları Hüseyn Cavid yaradıcılığına həsr olunmuş kompozisiya Cavid yaradıcılığını hərtərəfli əhatə edirdi. Kollecin foyesində ədibin yaradıcılığına həsr olunmuş səyyar sərgi və kitab sərgisi tədbirə gələn tamaşaçıların diqqətini cəlb edib.
Tədbirin sonunda Yasamal RİH başçısı Elşad Həsənov, ADPU-nun rektoru prof. Cəfər Cəfərov çıxış edərək tədbir iştirakçılarına öz təşəkkürünü bildirmişdir.

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

 

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin