Previous Next

ADPU-nun Quba filialında riyaziyyat gecəsi keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında "Riyaziyyat aylığı" çərçivəsində "Riyaziyyat və təbiət elmləri" fakültəsinin tələbələrinin təqdimatında "Riyaziyyat gecəsi" keçirilib.
Tədbirdə ilk olaraq Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüzün bərpa olunması uğrunda canından keçən şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri açan filialının direktoru, fizika elmləri doktoru, dosent Yusif Alıyev professor-müəllim heyətini və tələbələri salamlayıb. Sonra tədbir filialın tələbələri Nicat Piriyev və Nigar Babayevanın moderatorluğu ilə davam etdirildi. Çıxış edən fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Nurbala Süleymanov da gənc riyaziyyatçılara uğurlar dilədi və öz tövsiyələrini verdi.
Filialın Riyaziyyat və təbiət elmləri fakültəsinin dekan müavini Nübar Bayramova dosent Yusif Alıyevi fizika elmlər doktoru elmi adı alması münasibəti ilə fakültə tələbələri və öz adından təbrik etdi və simvolik hədiyyələri təqdim etmək üçün şəhid kapitan Aqil Məlikovun övladı Xədicə Məlikovanı səhnəyə dəvət edib.
Tədbirin gedişatı Riyaziyyat və təbiət elmləri fakültəsinin tələbələrindən ibarət olan komandaların təqdimatları ilə davam etdirildi.
Gecəyə maraq qatan səhnələrdən biri də "Müəllimlər tələbələrin gözü ilə və ya filialda bir gün" adlı tələbə parodiyaları oldu.
Daha sonra filialın Riyaziyyat və informatika kafedrasının müəllimi Füzuli Əhmədovun moderatorluğu ilə komandalararası yarış keçirildi.
Tədbimatların sonunda isə seçilmiş müxtəlif nominasiyalar üzrə mükafatlandırma mərasimi baş tutdu. Mükafatlandırma mərasimində Riyaziyyat və təbiət elmləri fakültəsi üzrə ən yaxşı təlim nəticələrinə görə dosent Telman Qasımov təltif edildi. Ən yaxşı qrup nominasiyasında RİN 2001B qrupu seçildi. Ən yaxşı komanda təqdimatına görə tarix və coğrafiya müəllimliyi ixtisasının IV tədris ili tələbələrindən ibarət “BOTx” qrupu birinciliyə layiq görüldü. İntellektual yarışda riyaziyyat və informatika müəllimliyi ixtisasının V tədris ili tələbələrindən ibarət "FUZZY" komandası birinci yerə layiq görüldü. Ən yaxşı parodiya təqdimatı üzrə isə filialın istedadlı tələbələri Əlisahib Ağasıyev, Sübhan Dadaşov, Pünhan Şamilov, Zümrüd Məmmədova təltif edildi.
Sonda riyaziyyat gecəsinin təşkilatçılığında fərqlənən tələbələr filial rəhbərliyi tərəfindən Fəxri fərmanla mükafatlandırıldı.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search