Previous Next

Şamaxı filialında “Heydər Əliyev müasir Azərbaycan gənclər siyasətinin banisidir” mövzusunda elmi-praktik konfrans

ADPU-nun Şamaxı filialı və Şamaxı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili” və 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Heydər Əliyev müasir Azərbaycan gənclər siyasətinin banisidir” mövzusunda elmi-praktik konfrans keçirilib.
İlk olaraq rayonda yerləşən Heydər Əliyev Parkında Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub. Ziyarətin ardınca filialda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sərgiyə baxış keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin və vətən uğrunda şəhid olan bütün gənclərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə elmi-praktik konfrans açıq elan olunub. “Ulu Öndər və Azərbaycan gəncliyi” mövzusunda videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan filialın direktoru dosent Tünzalə Yusifova tədbir iştirakçılarını salamlayıb və tələbə-gəncləri gənclər günü münasibətilə təbrik edib. O, öz çıxışında Ulu Öndərin gəncliyə verdiyi dəyərdən və bu gün Heydər Əliyev siyasətinin uğurlu davamçısı olan Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə zəfər çalan gənclərimizin göstərdiyi şücaətdən bəhs edib. Direktor qeyd edib ki, bizim gələcəyimiz bu gün gənclərə verilən təhsildən asılıdır və regionun yeganə ali təhsil müəssisəsi olaraq ADPU-nun Şamaxı filialı da üzərinə düşən bu vəzifəni uğurla yerinə yetirməyə hər zaman səy göstərir.
Çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova gənclər gününün tarixindən və Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs edib.
Daha sonra filialın Sosial və pedaqoji elmlər kafedrasının müdiri dosent Mayıl Alıcanov “Ümummilli lider Heydər Əliyev müasir Azərbaycanın qurucusudur”, Vətən müharibəsi qazisi Nazim Muradov “Zəfər tarixini yazan Azərbaycan gəncliyi”, Mirzə Ələkbər Sabirin ev muzeyinin direktoru Rəqsanə Xəlilzadə "Əbədiyaşar lider Heydər Əliyev" , filialın Tələbə Elmi Cəmiyyətinin sədri Aytən Teymurova “Heydər Əliyevin Azərbaycan elmi və gənc tədqiqatçılara qayğısı”, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının I tədris ili tələbəsi Nuranə Mirzəyeva isə “Gənclər siyasəti dövlətin prioritet məsələlərindəndir” mövzularında müfəssəl çıxışlar ediblər.
Sonda Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının IV tədris ili tələbəsi Narınc Cəbrayılovanın ifasında “Adına Öndər dedik” şeirinin səsləndirilməsi ilə tədbir başa çatıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search