Previous Next

ADPU-nun Şəki filialının tələbəsinin növbəti uğuru – Respublika üçüncüsü

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının “Xarici dil müəllimliyi (ingilis dili üzrə)” ixtisasının IV tədris ilinin tələbəsi Elcan Səlimli növbəti uğurunu qazanıb. Ali məktəblərin magistratura səviyyəsinə qəbul ücun keçirilən imtahanlarda iştirak edən Elcan 96 bal toplayaraq, Respublika üçüncüsü, ölkənin regionları üzrə isə ən yüksək nəticəyə sahib olub. Elcan Səlimli fransız dilindən 23 düzgün cavabla Respublika üzrə maksimum nəticəni əldə edib, eyni zamanda ixtisası “Xarici dil müəllimliyi (ingilis dili üzrə)” olduğu üçün fərqli dili xarici dil kimi seçməklə imtahan verərək, magistratura tarixində 96 bal toplayan ilk tələbədir.
Qeyd edək ki, Elcan orta təhsili qızıl medalla başa vurub, ADPU-nun Şəki filialına 2019-cu ildə 660.6 balla qəbul olunub. Respublika fənn olimpiadasının gümüş medalçısıdır. Dörd il müddətində ali məktəbdə də “əla” qiymətlərlə təhsil alıb, “Gələcəyin müəllimi” təqaüdçüsüdür, sonuncu semestrin imtahan sessiyasının nəticələrinə əsasən, ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 98.5 olub

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search