Previous Next

İbtidai təhsil fakültəsində kafedra müdiri seçkiləri keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İbtidai təhsil fakültəsinin Elmi Şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan fakültə Elmi Şurasının sədri, dekan professor Qızxanım Qəhrəmanova qeyd edib ki, gündəlikdə İbtidai təhsilin pedaqogikası və Riyaziyyatın ibtidai kursunun tədrisi texnologiyası kafedralarına kafedra müdiri seçkisinin keçirilməsi daxil edilib. Məlumat verilib ki, iclas Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 15 noyabr 2017-ci il tarixli, 5/5 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qadaları”na əsasən keçirilir.
İbtidai təhsilin pedaqogikası kafedrasına müdir vəzifəsinə prof. Fərrux Rüstəmov, Riyaziyyatın ibtidai kursunun tədrisi texnologiyası kafedrasına müdir vəzifəsinə isə prof. Əbülfət Pələngov və dos. Samirə Tağıyeva namizədliklərini irəli sürüblər. Gizli səsvermənin nəticələrinə əsasən, prof. Fərrux Rüstəmov İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri vəzifəsinə, prof. Əbülfət Pələngov isə Riyaziyyatın ibtidai kursunun tədrisi texnologiyası kafedrasının müdiri vəzifəsinə seçilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search