Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri Tələbə Birliyinin (ADPU TK TB) Riyaziyyat fakültəsi təşkilatının təşkilatçılığı ilə 14 mart – Beynəlxalq Pi Günü ilə bağlı intellektual yarış keçirilib. Tədbirdə qonaq qismində iştirak edən universitetin Riyaziyyat fakültəsinin dekanı dosent Araz Fərəcov, dekan müavini Tünzalə Hüseynova, Kompüter elmləri kafedrasının müdiri Səadət Mazanova və fakültənin müəllimləri yarışa tamaşa ediblər.
Ümumilikdə tələbələrdən ibarət beş komandanın qalibiyyət uğrunda mübarizə apardığı yarışda iştirakçılar öz biliklərini yoxlayıblar. İki mərhələdən yekununda səsləndirilən 45 sualdan ən çoxuna doğru cavab verən “Fateh” komandası qalib olub.
Qalib komanda diplomla mükafatlandırılıb, iştirakçılarla xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, bu tip yarışların təşkilinin məqsədi tələbələrin intellektual səviyyəsini və dünyagörüşünü artırmaqdır.