Previous Next

ADPU-nun Quba filialında Dünya Autizm Məlumatlandırma Gününə həsr edilmiş təlim keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında 2 Aprel - Dünya Autizm Məlumatlandırma Gününə həsr edilmiş “Fərqliyik, bərabərik” mövzusunda praktik təlim keçirilib.
Viqas Med Psixoloji və Nitq İnkişaf Mərkəzin rəhbəri Fidan Bağırovanın təqdimatında keçirilən təlimdə filial rəhbərliyi, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin psixoloq və pedaqoqları, Quba Mərkəzi Xəstəxanasının həkimləri, valideynlər, filialın Təhsildə sosial-psixoloji xidmət ixtisasının məzun və tələbələri, filialın professor-müəllim heyəti və əməkdaşları iştirak edib.
Açılış nitqi söyləyən filialın direktoru f.e.d., dosent Yusif Alıyev bildirib ki, təlim təcrübi cəhətdən gənc psixoloqlar üçün əhəmiyyətli olacaqdır. Qeyd edilib ki, BMT-nin 18 dekabr 2007-ci il tarixli qərarı ilə 2 Aprel - Dünya Autizm Məlumatlandırma Günü kimi təsis edilib. Bu əlamətdar günün qeyd edilməsində məqsəd əhali arasında autizm haqqında maarifləndirməni artırmaq və autizmli insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək etməkdir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da bu gün hər il geniş miqyasda qeyd olunur. Autizm spektr pozuntusu olan uşaqlar üçün bərabər imkanların inkişafı və gücləndirilməsində bu tədbirlər önəmli rol oynayır.
Mütəxəssis Fidan Bağırova təqdimatdan əvvəl illər əvvəl autizm diaqnozu qoyulan və onun tərəfindən müalicə olunan Əli və Turan səhnəyə dəvət edilib, onların nitqi bütün auditoriyanı təsirləndirib. Təqdimatda mütəxəssis autizmli uşaqlarla necə davranılmalı, ilkin diaqnozun necə qoyulmalı olduğu haqqında incə və elmi məqamlara toxunub. Təcrübədən qaynaqlanan videolar nümayiş etdirilib. Mövzuya elmi-praktiki cəhətdən münasibət bildirilərək auditoriyanın sualları cavablandırılıb.
Tədbirdə, həmçinin, filialın şöbə müdiri, Regional İnkişaf İctimai Birliyinin (RİİB) inklüziv təhsil üzrə təlimçisi olmuş Pərvanə Rzayeva inklüziv təhsildə əldə edilən yeniliklər, bu istiqamətdə pedaqoji yanaşmalar, TSP2101B saylı qrup tələbəsi Sevil Eyvazova isə inklüziv təhsilin əhəmiyyəti haqqında danışıblar.
Sonda tədbirdə iştirak edən psixoloq və pedaqoqlar mövzu üzrə fikirlərini bölüşüblər.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search