Previous Next

Tarix və coğrafiya fakültəsində “Heydər Əliyev dərsləri” davam edir

Aprelin 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsinin iki qrupu (TAR2206B, COG2202B) Heydər Əliyev Mərkəzini ziyarət edib. Onlar mərkəzdəki eksponatlarla tanış olub, Ümummilli Liderə həsr olunmuş sənədli filmə tamaşa ediblər. Dünyanın aparıcı dövlətlərinin liderlərinin Ulu Öndərlə bağlı söylədikləri fikirlər slayd şəklində nümayiş etdirilib. Daha sonra tələbələr “Azərbaycan tarixinin Heydər Əliyev dövrü” mövzusunda mühazirəni dinləyiblər. Sonda dərs müddətində təqdim olunmuş məlumat və materiallar əsasında tələbələrə suallar verilib, Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif aspektləri barədə fikir mübadiləsi aparılıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search