Previous Next

ADPU SABAH tələbələri klinikada heyvanlara qulluq qaydaları ilə tanış olublar

Azərbaycan Dövlət Pedaqoji Universitetinin SABAH Mərkəzinin müəllimi, Kimya biologiya fakültəsinin dosenti Elnurə Səfərovanın rəhbərliyi ilə “ibtidai sinif müəllimliyi” ixtisasının SABAH qruplarının II tədris ili tələbələri ilə birgə özəl klinikalardan birində qeyri-standart praktik dərs keçirilib. Səfər zamanı tələbələr klinikanın iş prinsipi ilə tanış olaraq, heyvanlara ilk yardımın göstərilməsi, qulluq qaydaları, heyvanlarda əməliyyatların aparılması üsulları və s. məsələlər haqqında məlumatlandırılıblar.
Gələcəyin müəllimləri olaraq, ibtidai sinif şagirdlərinə heyvanlara sevgini aşılamaq məqsədi ilə təşkil olunan praktik dərs zamanı fənn müəllimi Elnurə Səfərova və pedaqogika müəllimi Leyla Mansurova fənlər arasında inteqrativ əlaqə yaradaraq, tələbələrlə birgə müzakirələr aparmışlar.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search