Previous Next

Pedaqoji Universitetdə “Fizika günü” keçirildi

Aprelin 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Fizika fakültəsinin təşkilatçılığı ilə “Fizika günü’’ adlı tədbir keçirilib.
Universitetin böyük akt zalında keçirilən tədbirdə ADPU rəhbərliyi, fakültə dekanları, professor-müəllim heyəti və tələbələr iştirak edib.
Fizika gününə həsr olunmuş sərgidə fizika müəllimliyi ixtisası üzrə təhsil alan tələbələrin hazırladıqlaı cihazlar, robotlar, müxtəlif materiallardan dizayn edilmiş modellər nümayiş etdirilib.
Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan bədii hissədə tələbələrin hazırladıqları rəqslər, tamaşalar iştirakçılara xoş təsir bağışlayıb. Tədbir fakültə himninin ifası ilə yekunlaşıb

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search