Previous Next

Pedaqoji Universitet Avropa Müəllim Təhsili Şəbəkəsinin beynəlxalq konfransında təmsil olunub

Avropa Müəllim Təhsili Şəbəkəsi (ETEN) tərəfindən 13-15 aprel tarixlərində Almaniyanın Nürnberq şəhərində yerləşən FAU universitetində “Teacher Education - Connecting Glocal (Global+Local)” (“Müəllim təhsili- qlobal+yerli bağlantı qurmaq”) mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfransda Azərbaycanın da daxil olduğu 16 Avropa və qeyri-Avropa ölkəsindən pedaqoqlar iştirak ediblər. Konfransda Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) Xarici Dillər Mərkəzinin müdiri dosent Ülviyyə Hacıyeva və Mərkəzin üç əməkdaşı, o cümlədən iki magistrant və iki bakalavr tələbəsindən ibarət 8 nəfərlik nümayəndə heyəti ilə təmsil olunub.
Avropa Müəllim Təhsili Şəbəkəsi əməkdaşlıq, mübadilə, tədqiqat və nəşr imkanları baxımından beynəlxalq müəllim təhsilinə diqqət yetirən universitetlər və digər təhsil müəssisələri üçün platforma rolunu oynayan qeyri-kommersiya təşkilatıdır. Hazırda təşkilata 20-yə yaxın Avropa və qeyri-Avropa ölkəsindən 60-a yaxın üzv var. ETEN hər il müəllim təhsili sahəsində fərqli mövzularda beynəlxalq konfrans təşkil edir ki, bu da təhsil işçilərinə beynəlxalq profillərini yüksəltmək və təcrübə mübadiləsi imkanı verir.
3 gün ərzində davam edən konfransda ADPU nümayəndə heyəti müxtəlif mövzularda keçirilən xüsusi təlim və müzakirələrdə iştirak etmiş, fikir mübadiləsi aparmışlar.
Qeyd edək ki, bu kimi konfranslarda iştirak, akademik heyət və tələbələr üçün, eləcə də, beynəlxalq səviyyədə tanışlıq şəbəkələrini genişləndirmək, bilik və təcrübə mübadiləsi, eləcə də təhsildə yeni tendensiyaları öyrənmək baxımından unikal imkanlar yaradır.
Konfransın növbəti sessiyasının 2024-cü ilin aprel ayında Niderlandda yerləşən NHL Stenden Universitetində keçirilməsi planlaşdırılır.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search