Previous Next

ADPU-nun təcrübəçi tələbələri orta məktəbdə "Biologiyanı sevək, sevdirək" mövsuzunda tədbir keçirdi

Aprelin 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiya fakültəsinin dosenti Elnurə Səfərovanın rəhbərliyi ilə “biologiya müəllimliyi” ixtisasının təcrübəçi tələbələri ilə birgə 115 nömrəli məktəbdə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Biologiyanı sevək, sevdirək" mövzusunda tədbir keçirilib.
Tədbir Ümummilli Lider Heydər Əliyevin biologiya elminin inkişafında rolu haqda məruzə ilə başladı. Daha sonra biologiyanın aktual mövzularından olan "Orqan donorluğu", "Temperament", "Autizm" və "Ekologiya" mövzularına toxunularaq, səhnəciklər nümayiş etdirilib. Təcrübəçi tələbələrdən Balaxanım Əmiraslanova orqan donorluğu və autizm haqqında, Ülviyyə Nəsirova isə ekologiya haqqında ətraflı məlumat verdikdən sonra şagirdlərin iştirakı ilə səhnəciklər təqdim olunub. Səhnəciklərarası fasilələrdə film fraqmentləri göstərilmiş, rəqs və pionoda ifalar edilmişdir. Tədbirdə Kimya və biologiya fakültəsinin Biologiya və onun tədrisi texnologiyası kafedrasının müdiri dos. Anaxanım Yusifova, həmin kafedranın dosenti Gülşən Hacıyeva və 115 nömrəli məktəbin direktoru r.ü.f.d. Natəvan Əsədova iştirak ediblər.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search