Previous Next

ADPU nümayəndə heyəti beynəlxalq layihə çərçivəsində Almaniyada ezamiyyətdə olublar

Almaniyanın FAU, Qazaxstanın Abay adına Milli Pedaqoji Universiteti və Azərbaycan arasında icra olunan “Pedaqoji peşakarlıq və beynəlmilələşmə - Keçmiş sovet islam dövlətləri ilə təhsil sahəsində dialoq” layihəsi çərçivəsində Almaniya Fedarativ Respublikasına növbəti səfər baş tutmuşdur.
Layihə çərçivəsində ADPU-nun Xarici Dillər Mərkəzinin müdiri dosent Ülviyyə Hacıyeva, f.ü.f.d. Mirvari Qasımova, Mərkəzin müəllimləri Jalə Səmədova və Aytən İbrahimova, magistrantı Gülnar Mirhüseynova və məzun Nəzakət Əliyarova, bakalavriat tələbələri Səbinə Tağıyeva və Fatimə Əzimzadə 17-19 aprel 2023-cü il tarixlərində Almaniyanın Nürnberq şəhərində yerləşən FAU Universitetində ezamiyyətdə olmuşlar. Burada Almaniya, Azərbaycan və Qazaxıstan arasında təhsil əməkdaşlığı, multikultural dəyərlər, mədəni əlaqələr sahəsində geniş fikir mübadiləsi aparmış, vörkşoplarda iştirak etmişlər.
Bakı- Nürnberq Təhsil və Mədəniyyət Mərkəzinin təsisçisi, FAU Universitetinin əməkdaşı, texnika elmləri doktoru Yaşar Musayev ilə layihə üzvləri arasında görüş keçirilmiş, daha sonra layihənin hər üç ölkədən olan iştirakçılarının iştirakı ilə seminar təşkil olunmuşdur.
FAU-nun professoru Anatoli Rakhkochkine və Madelileine Flötottonun vörkşopları olmuş, “Nordlicht” youth center”ə (Gənclər Mərkəzi) səfər edilmişdir. Gənclər Mərkəzində Azərbaycan əməkdaşları mərkəzin heyətini və gəncləri milli Azərbaycan kulinariyası nümunələrinə qonaq etmişlər.
Sonda may ayında layihənin son səfərinin Azərbaycanda (ADPU-da) keçirilməsi planlaşdırılmışdır.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search