Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) SABAH qruplarının təşkilatçılığı ilə “Müasir müəllim ol” adlı seminar keçirilib.
Seminar Bəhman Qüdsinin çıxışı ilə başlamışdır. Daha sonra seminarın qonağı Şəmistan Əlizadə tələblərə dərslərdə müasir texnologiyalardan istifadə etməyin yolları,vacibliyi və İT sahəsi haqqında ətraflı məlumat vermiş, tələblərin suallarını cavablamışdır.
Sonda ADPU SABAH Mərkəzinin rəhbəri dosent Lalə Mürsəlbəyova fikirlərini bölüşərək, bu tip seminarların əhəmiyyətinə diqqət çəkib.