Mayın 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Humanitar fənn komissiyasının müəllimi Ş.Vəlisoyun təşkilatçılğı ilə “Heydər Əliyev İli” çərçivəsində “Can Azərbaycan” adlı tədbir keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin bərpası və möhkəmləndirilməsi yolunda atdığı addımlardan, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə müzəffər ordumuzun Vətən müharibəsindəki qələbəsindən bəhs edən videoçarxlar göstərilib, tələbələrin ifasında kompozisiya nümayiş etdirilib.