Previous Next

ADPU rəhbərliyi gənclərə dəstəyə görə təltif olunub

Mayın 1-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Davamçı Gənclərin İkinci Forumu” keçirilib. Forum zamanı Ulu Öndərin əziz xatirəsi yad edilib, Hərəkatın ölkə gənclər siyasətində oynadığı rol, görülən işlər, hədəf və perspektivlərdən bəhs olunub.
Forumda Ulu Öndərin rəhbərliyi dövründə Azərbaycan Respublikası Prezidentinin Katibliyinə rəhbərlik etmiş tarix elmləri doktoru, professor Dilarə Seyidzadə, Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin məsul əməkdaşı Sahil Məmmədli, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Salahlı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədr müavini Samir Hümbətov, Agentlik yanında İctimai Şuranın sədri Fərhad Qaraşov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Rüfət Cavadov, "Davam" Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı, Hərəkatın katibliyi, ictimai xadimlər, gənc iş adamları, gənclər təşkilatları, ali təhsil müəssisələri və media nümayəndələri, o cümlədən 500-dən çox gənc iştirak edib.
Forumun əvvəlində Ümummilli Lider Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Forumda ötən il ərzində "Davam" Gənclər Hərəkatının sıx əməkdaşlıq etdiyi ali təhsil müəssisələri və Hərəkatın ictimai həyatında fəal iştirak edən gənclərin təltifolunma mərasimi keçirilib. Mərasimdə gənclərin ictimai fəaliyyətinə verdiyi daimi dəstəyə görə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov “Təşəkkürnamə” ilə təltif olunub.
Forumun yekununda "Enerjini Paylaş" devizi ilə qala gecəsi baş tutub.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search