Previous Next

ADPU-nun Şəki filialının Gənc Psixoloqlar Birliyi beş yaşını qeyd etdi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Ümumelmi fənlər kafedrasının nəzdində fəaliyyət göstərən Gənc Psixoloqlar Birliyinin (GPB) fəaliyyətə başlamasının 5 ili tamam olub. Bu münasibətlə filialda “Həyata dair hər şey” adlı tədbir təşkil olunub. Tədbirdə filialın rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Tədbirdə əvvəlcə GPN-nin beş illik fəaliyyətini əhatə edən videoçarx nümayiş olunub. Sonra “rəhsildə sosial-psixoloji xidmət” ixtisasının III tədris ili tələbəsi Gülçin İsmayılova “Bağlanma tərzlərinin şəxsiyyətlərarası münasibətlərə təsiri”, II tədris ili tələbələri Nəzrin Məhərrəmova “Başqaları ilə müqayisə etmək”, Jalə Əliyeva isə “Peşə seçimi” mövzusunda təqdimat ediblər. Tələbələrin hər təqdimat mövzusuna dair səhnələşdirdikləri “Etibarlı və etibarsız bağlanma”, “Qonşunun uşağı”, “Doğru peşə seçimi” adlı psixodramalar iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Tədbirin sonunda filialın tədris işləri üzrə direktor müavini dos. Gülarə Abdullayeva, elmi işlər üzrə direktor müavini dos. Nuralı Çələbiyev, Ümumelmi fənlər kafedrasının müdiri dos. Sədrəddin Bədiyev çıxış edərək, GPB-nin səmərəli fəaliyyəti və filialın həyatında oynadığı roldan danışıblar, birliyin üzvlərinə uğurlar arzulayıb, GPB-nin rəhbəri baş müəllim Kəmalə Ramazanovaya təşəkkür ediblər.
Tədbirin sonunda GPB-nin fəallarına Fəxri fərmanlar təqdim olunub.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search