Previous Next

Kimya və biologiya fakültəsində TEC-in konfransı keçirilib

2-4 may tarixləri arasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) konfransı keçirilib. Fakültənin dekanı dosent Reyhan Ağayeva giriş nitqi ilə çıxış edərək TEC xətti ilə tələbələrin elmi-tədqiqat işlərinə cəlb edilməsinin əhəmiyyətini diqqətə çatdırdı. Bildirdi ki, son dövrlər atılan addımlar onu deməyə əsas verir ki, fakültə tələbələrin hərtərəfli inkişafında maraqlıdır. Dekan deyib ki, gənclərin elm-təhsil sahəsində də öz sözlərini əmin ifadə etmələri üçün əlimizdən gələni bundan sonra da edəcəyik.
Konfransda çıxış edən ADPU TEC sədri prof. Əli Zalov qeyd edib ki, Pedaqoji Universitetdə ilk tələbə elmi cəmiyyəti 1940-cı ildə yaradılmışdır. 100-illik universitetimizdə TEC böyük ənənəyə malikdir. Bu gün universitetimizin maddi-texniki bazası zənginləşmiş, tələbələrin elmlərə yiyələnməsi üçün hər cür şərait yaradılmışdır deyə proressor bildirib.
Sonra TEC sədri Sevinc Mehdiyeva konfransın reqlamentini tələbələrin nəzərinə çatdırdı və məruzələrə başlanıldı.
Sonda bölmələrdə fərqlənən tələbələrə diplomlar və təşəkkürnamələr təqdim edilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search