Previous Next

ADPU-nun magistratura səviyyəsinə qəbul olunmuş bakalavrların nəzərinə

 

2023-2024-cü  tədris ilində ADPU-nun magistratura səviyyəsinə qəbul olunmuş şəxslərin elektron qaydada qeydiyyatı 21.07.2023-cü il saat 11:00-da başlayacaq və 31.07.2023-cü il saat 18:00-da başa çatacaq.

Elektron qeydiyyat üçün https://portal.edu.az/ platformasında qeydiyyatdan keçməli, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

PDF formatında portala yüklənməsi tələb olunan sənədlər aşağıdakılardır:

  • Şəxsiyyət vəsiqəsi;
  • Bakalavr diplomu və diplom əlavəsi;
  • 2023-cü ilin məzunları üçün ali məktəbi bitirmələri haqqında arayış;
  • Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqə;
  • Təhsil haqqının ödəniş qəbzi;

(təhsil haqqı ödənişindən azad olunan şəxslər ona əsas yaradan müvafiq sənədlərin əslini və notarial qaydada təsdiq olunmuş surətlərini qeydiyyat üçün verilən tarixlərdə universitetə gələrək şəxsən təqdim etməlidirlər);

Elektron qeydiyyatdan keçmiş tələbələr tədris ilinin ilk həftəsində (15-22.09.2023 tarixlərində) aşağıdakı sənədləri universitetin Magistratura və doktorantura şöbəsinə təqdim etməlidirlər.

ADPU-nun Magistratura və doktorantura şöbəsinə təqdim ediləcək sənədlərin siyahısı:

  • Şəxsiyyət vəsiqəsinin surəti – 3 ədəd;
  • Bakalavr diplomunun və diplom əlavəsinin notarial qaydada təsdiq olunmuş surəti – 3 ədəd;
  • Yeni nəsil şəxsiyyət vəsiqəsi olanlar vəsiqə məlumatları haqqında arayış;
  • 2023-cü ilin məzunları üçün ali məktəbi bitirmələri haqqında arayış;
  • Sağlamlıq haqqında arayış;
  • Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqə;
  • Təhsil haqqının ödəniş qəbzi;
  • Təhsil haqqı ödənişindən azad olunan şəxslər üçün müvafiq sənədlər (sənədlərin adı və sayı haqqında elanın digər bölməsində ətraflı məlumat verilir);
  • Mobil və ev telefon nömrələri;
  • 3×4 ölçüdə 4 ədəd şəkil;

 

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Magistratura və doktorantura şöbəsi

Ünvan: Bakı şəh., Həsən Əliyev küçəsi, 104, ADPU-nun 2 saylı tədris binası, otaq 313

Əlaqə telefonu: (+99412) 465 81 53

 

ÖDƏNİŞLİ ƏSASLARLA MAGİSTRATURA SƏVİYYƏSİNƏ QƏBUL OLUNMUŞ AŞAĞIDAKI ŞƏXSLƏR TƏHSİL HAQQINI ÖDƏMƏKDƏN AZAD OLUNURLAR

 

1.“MƏCBURİ KÖÇKÜN” STATUSU OLAN AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞLARI.

 

Dövlət Ali və orta ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 4 avqust  2003-cü il 1308 nömrəli Sərəncamı.“Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2011-ci il tarixli Sərəncamı.

Tələb olunan sənədlər:

  1. Rektorun adına ərizə
  2. Şəxsiyyət vəsiqəsinin surəti – 2ədəd
  3. ”Məcburi köçkün” statusunu əks etdirən sənədin (tələbənin və atasının) notarial qaydada təsdiq olunmuş surəti -2 ədəd
  4. Ailə tərkibi haqqında arayış

 

2.”ŞƏHİD” AİLƏSİ STATUSUNU ALMIŞ AİLƏNİN ÜZVÜ.

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa əlvə edilmə barədə Azərbaycan Respublikası Qanunu: 12 sentyabr 2003-cü il¹ 499 İİQD

  • “Şəhid” ailə üzvləri aşağıdakılar hesab olunurlar;
  • arvadı (əri);
  • valideynləri;
  • 18 yaşına çatmamış və uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladları;
  • uşaq evlərində tərbiyə olunanların qardaş və bacıları;
  • babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa;
  • əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasındatəhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər.

Tələb olunan sənədlər:

  1. Rektorun adına ərizə
  2. Şəxsiyyət vəsiqəsinin surəti – 2ədəd
  3. “Şəhid” statusu barədə sənədinnotarial qaydada təsdiq olunmuş surəti -2 ədəd
  4. Tələbənin doğum haqqında şəhədətnaməsinin surəti -2ədəd
  5. Şəhidin ölüm haqqında şəhədətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti -1ədəd
  6. Ailə tərkibi haqqında arayış

 

3. “AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİ BÜTÖVLÜYÜNÜN, MÜSTƏQİLLİYİNİN VƏ KONSTİTUSIYA QURULUŞUNUN MÜDAFİƏSİ ZAMANI ƏLİL OLMUŞ VƏ AZƏRBAYCAN RESPUBLİKASININ AZADLIĞI, SUVERENLİYİ VƏ ƏRAZİ BÜTÖVLÜYÜ UĞRUNDA HƏLAK OLAN, HƏRBİ ƏMƏLIYYATLA ƏLAQƏDAR İTKİN DÜŞƏN VƏ MƏHKƏMƏ TƏRƏFİNDƏNÖLMÜŞ ELAN EDİLƏN VƏTƏNDAŞLARIN UŞAQLARININ TƏHSİL XƏRCLƏRİNİN ÖDƏNİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 18 MART 2014-cü IL TARİXLİ SƏRƏNCAMI.

 

Tələb olunan sənədlər:

  1. Rektorun adına ərizə
  2. Şəxsiyyət vəsiqəsinin surəti – 2ədəd
  3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanıəlil olmuşvətəndaşın əlilliyi barədə (TSEK –in arayışı) sənədinsurəti -2 ədəd
  4. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəxsin ölüm haqqında şəhədətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti -2 ədəd
  5. Hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilənşəxs barədə sənədin notarial qaydada təsdiq olunmuş surəti -2 ədəd.
  6. Ailə tərkibi haqqında arayış
  7. Tələbənin doğum haqqında şəhədətnaməsinin surəti – 2 ədəd

 

  1. VALİDEYNLƏRİNİ İTİRMİŞ VƏ VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM OLMUŞ 23 YAŞADƏK UŞAQLAR.

 

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 22 iyun 1999-cu il tarixli Qanunu (maddə 5).

“Təhsil haqqında” Azərbaycan Respublikasının 19 iyun 2009-cu il tarixli Qanunu (maddə 14-8-1).

  1. valideynlərini itirmiş uşaqlar- hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslərdir;
  2. valideyn himayəsindən məhrum olmuş uşaqlar- hər iki valideyni:
  • məlum olmayan;
  • valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan;
  • xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən;
  • cəzaçəkmə müəssisələrində cəzasını çəkən;
  • uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən;
  • uşaqlarını tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi və digər analoji müəssisələrdən götürməkdən imtina edən;
  • qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir.

Bir valideyni vəfat etmiş və o biri valideyni I və II qrup əlil olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər;

  1. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər- valideynlərini itirmiş, habelə valideynhimayəsindən məhrum olmuş ali və orta ixtisas təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir;

Bu qəbldən olan şəxslər təhsil aldıqları müddətdə dövlət təminatına götürülür, onların təhsil xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir və təqaüdün 2 mislindən az olmayan miqdarda təqaüdlə təmin olunurlar.

Tələb olunan sənədlər:

  1. Rektorun adına ərizə
  2. Şəxsiyyət vəsiqəsinin surəti – 2ədəd
  3. Vəfat etmiş valideynin ölümşəhədətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti -2 ədəd
  4. Bir valideyni vəfat etmiş digər valideynin orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə olan şəxsin tibbi sosial ekspert komissiyası tərəfindən təqdim olunan arayış (TSEK)

 

  1. ORQANİZMİN FUNKSİYALARININ 61-100 FAİZ POZULMASINA GÖRƏ, HABELƏ SAĞLAMLIQ İMKAN­LA­RI MƏHDUD 18 YAŞADƏK UŞAQLARIN TƏHSİL HAQQI XƏRCLƏRİNİN ÖDƏNİL­MƏ­Sİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 3 MAY 2019-CU İL TARİXLİSƏRƏNCAMI.

(ARK-nın 109-cu maddəsinin 32-ci bəndi)

Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavr və magistratura (əsas baza ali tibb təhsili və rezidentura) təhsil səviyyələrindəvə orta ixti­sas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil müddəti ərzində təh­sil haqqı xərcləri 2019-2020-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesa­bı­na ödənilsin.

Tələb olunan sənədlər:

  1. Rektorun adına ərizə;
  2. Şəxsiyyət vəsiqəsinin surəti;
  3. Orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə olan tələbələrin tibbi sosial ekspert komissiyası tərəfindən təqdim olunmuş arayışı (TSEK).
  4. Ailə tərkibi haqqında arayış.

 

TƏHSİL HAQQLARININ ÖDƏNİLMƏSİ QAYDASI:

Ödəniş icra edə bilmək üçün ilk növbədə müəssisə tərəfindən müraciət araşdırıldıqdan sonra “ödəniş edilməlidir” statusu təyin edilməlidir.

Müraciətiniz ödəniş edilməlidir statusu aldıqda aşağıdakı addımları edə bilərsiniz. (Bu zaman tələbənin kabinetinə bildiriş gələcək ki, ödəniş etsin.) Bu halda

Addım 1

Tələbə şəxsi kabineti vasitəsilə ödəniş edə bilər.

     Addım 2

Hökümət ödəniş portalının saytı vasitəsilə onlayn ödəniş :

  • Açılan pəncərədn Təhsil -> Ali təhsil müəssələri seçilir.
  • Şəxsiyyət vəsiqəsindəki fin kodu yazmaqla, bank kartı vasitəsilə onlayn ödəmə edir.

Addım 3

Tələbələrə ödəniş edilməlidir statusu təyin edildikdən sonra tələbələr banka yaxınlaşır Hökumət ödəniş portalı (HÖP) üzərindən ödəniş etmək istədiyini bildirərək, FİN və ya ATİS-də formalaşan invoys (Ödəniş edilməlidir statusu təyin edildiyi zaman şəxsi kabinetdə invoys əks edilir) təqdim edərək ödəniş edir.

Təhsil tələbə krediti əldə etmək istəyən tələbələr üçün məlumat.

TTK əldə etməyiniz üçün e-ttkf.edu.az sistemindən qeydiyyat etməlisiniz, parelel olaraq portal.edu.az-dan qeydiyyat zamanı hansı növ təhsil krediti almaq istədiyiniz barədə təhsil müəssisəsini məlumatlandıra bilərsiniz. Bu məlumatlandırmanın məqsədi təhsil müəssisəsinin TKK təyini qərarı verilənədək sizdən tam və ya 20 faizdən artıq təhsil haqqı ödənişi tələb etməməsi üçündür.

Eyni zamanda, müəyyən statuslar vasitəsilə müəssisə və sistem tərəfindən kabinetiniz TTK müraciətinizin nəticələri barədə məlumat əldə edə biləcəksiniz.

 

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Magistratura və doktorantura şöbəsi

Ünvan: Bakı şəh., Həsən Əliyev küçəsi, 104, ADPU-nun 2 saylı tədris binası, otaq 313

Əlaqə telefonu: (+99412) 465 81 53

 

 

 ADPU-nun Sənəd  Qəbulu Komissiyası

 

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search