Previous Next

ADPU-nun Quba filialı eyni vaxtda 3 beynəlxalq elmi konfransa ev sahibliyi etdi

İyulun 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında AMEA-nın Folklor İnstitutu, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi, ADPU-nun Quba filialı və Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu – İKSAD-ın birgə təşkilatçılığı ilə “Beynəlxalq Avrasiya avşarları”, “Beynəlxalq Avrasiya elmi-tədqiqat və innovasiyalar”, “VI Beynəlxalq Dədə Qorqud türk mədəniyyəti, tarixi və ədəbiyyatı” elmi konfransları keçirilib.
Əvvəlcə, qonaqlarla birlikdə Ulu Öndər Heydər Əliyevin Quba şəhərində yerləşən abidəsi ziyarət edilib.
Sonra dörd xarici ölkədən, eləcə də Azərbaycanın müxtəlif bölgələrindəki elm ocaqlarından gələn 90-a yaxın nümayəndənin iştirakı ilə konfransların plenar iclası keçirilib. Plenar iclasdan sonra konfranslar öz işini nəzərdə tutulmuş 11 paneldə davam etdirib. Ümumilikdə, 11 paneldə 78 məruzə dinlənilib.
Sonda iştirakçılara beynəlxalq konfransda iştiraklarına və məruzələrə görə sertifikatlar təqdim edilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search