Avqustun 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə "Ağacdan neftə gedən yol" adlı ekskursiya təşkil olunub.
Ekskursiya zamanı Nobel qardaşlarının Bakıdakı ev muzeyində olan tələbələr Nobellərin Azərbaycana gəlişi və burada gördükləri işləri maddi sübutlar əsasında öyrənərək Nobel ailəsi haqqında ətraflı məlumat əldə etmiş, eyni zamanda həmin dövrə görə olduqca müasir əsaslarla tikilmiş bina kompleksi ilə tanış olmuşlar.