Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və ABŞ-nin Corc Vaşinqton Universiteti arasındakı beynəlxalq ikili diplom magistr proqramının məzunu Şəms Səfərəliyeva “Erasmus Mundus” proqramı çərçivəsində “Ali təhsildə innovasiya və tədqiqat (Innovation and research in higher education)” sahəsində magistratura təhsili alacaq. 2 illik proqram müddətində Şəms Avstriya, Finlandiya, Almaniya, eləcə də Çin və Hindistanın ali təhsil sistemlərini tədqiq edəcək.
ADPU-nun “SABAH magistratura” proqramının “Təlim və tədrisin təşkili və metodikası” ixtisaslaşmasının məzunu Rasim Həsənzadə isə “Türkiye Bursları” çərçivəsində Türkiyənin Gazi Universitetində “Təhsil proqramları və tədris (Eğitim proqramları ve öğretim)” ixtisasında tam təqaüdlə doktorantura səviyyəsinə qəbul olunub.