Previous Next

ADPU nəzdində Pedaqoji Kollecin qəbul planı 99,5 faiz dolub

Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasından qəbul prosesinin I mərhələsi başa çatıb. 
Cari tədris ili üçün ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinə (ADPK)  ümumi orta təhsil bazasından 630 nəfər qəbul yeri nəzərdə tutulmuşdur. Qəbulun I turunun nəticələrinə əsasən, 627 nəfər ADPK-nı seçmiş, cəmi 3 yer boş qalmışdır. Bu da qəbul planının 99.53 %-ni təşkil edir. 
Məlumat üçün qeyd edək ki, qəbul olunanlardan 345 nəfəri ödənişli, 280 nəfəri (44,7  %) dövlət hesabına təhsli alacaq. Ən yüksək qəbul balı 300-dən 234,1-dir.
Bu göstəriciləri təhsilimizdə aparılan islahatların, ADPU-da aparılan məqsədyönlü siyasətin nəticəsi hesab etmək olar.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search