Previous Next

Beynəlxalq turnirlərin qalibi olan ADPU tələbəsi: Əyyub Əliyev

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) “fiziki tərbiyə və çağrışaqədərki hazırlıq müəllimliyi” ixtisasının II tədris ili tələbəsi olan Əliyev Əyyub Vüqar oğlu peşəkar idman karyerasında tamblinq gimnastikası və yunan-Roma güləşi ilə məşğul olur. 18 yaşlı idmançı gimnastika üzrə ölkə çempionatlarının mükafatçısı və qalibi, müxtəlif turnirlərin qalibidir. Əyyub 2019-cu ildə İranın Qum şəhərində keçirilən Yeniyetmələr arasında Güləş üzrə Dünya Kubokunun qalibi olub. Həmçinin 2022-ci ildə Türkiyənin Rize şəhərində keçirilən Rize Yunan-Roma Güləşi üzrə Beynalxalq turnirinin qalibi, Gürcüstanın Batumi şəhərində keçirilən beynalxalq turnirin isə bürünc mükafatçısı olub. O bu turnirdə III yer uğrunda görüşdə erməni rəqibini məğlub edib.
Əyyub bu gün də dərsləri ilə yanaşı peşəkar idman fəaliyyətini də davam etdirir, o cümlədən ADPU-nun idman komandalarının tərkibində müxtəlif yarış və tədbirlərdə aktiv iştirak edir.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search