Previous Next

ADPU-nun Quba filialında Macarıstanda təqaüdlü təhsil imkanları haqqında təqdimat keçirilib

Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) Quba filialında Macarıstan Respublukasının “Stipendium Hungaricum in Azerbaijan” hökümətlərarası təqaüd proqramının təqdimatı keçirilib. 
Tədbiri filialın direktoru dosent Yusif Alıyev açıq elan edərək Azərbaycan və Macarıstan arasında olan mədəni əlaqələrdən, tarix oxşarlıqlardan danışaraq qeyd etdi ki, Macarstan Respublikasının elm və təhsil sahəsində əldə etdiyi böyük uğurlar bizi çox sevindirir. Ona görə də, bizim gənclər bu ölkənin təqaüd proqramı ilə macar universitetlərində təhsil almağa çox maraqlıdır. 
Macarıstanın Azərbaycandakı Səfirliyinin təhsil və mədəniyyət üzrə attaşesi Monika Felföldi tələbərə bildirdi ki, görüşün məqsədi region universitetlərində təhsil alan tələbələrlə təcrübə və karyera imkanları haqqında məlumat verməkdir. 
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı Ruqiyyə Ağamalıyeva çıxış edərək, Hökümətlərarası Təqaüd Proqramı haqqında tələbələri məlumatlandırmaqla yanaşı, onları maraqlandıran sualları da cavablandırdı. 
Daha sonra Azərbaycan-Macarıstan Məzunları İctimai Birliyinin (AHAU) rəhbəri Günay Bayramova Macarıstanda təhsil almaq və yaşamaqdan danışdı. Görüş Macarıstan haqqında kviz (viktorina) ilə sona çatdı.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search