Previous Next

Türkiyəli akademik nümayəndələr ADPU-nun qonağı olub

Görüşdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov, elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova və Beynəlxalq layihələr və qrantlar şöbəsinin mütəxəssisi Ülkər Abdullayeva, Türkiyənin MEF Universitetinin Təhsil fakültəsinin dekanı professor Mustafa Özcan, Ankara valisinin köçəkçisi Ayhan Özkan, Şimali Kipr Türk Respublikasının Ankaradakı Səfirliyinin təhsil və mədəniyyət attaşesi Ahmet Arslan və Türkiyə EYUDER Təhsil Dərnəyinin Azərbaycan təmsilçisi Gülnurə Babaşova iştirak ediblər.
Görüş əsnasında tərəflər təmsil etdikləri ali təhsil müəssisələri haqqında bir-birlərinə ətraflı məlumat verərək mümkün əməkdaşlıq imkanları müzakirə olunub. Qonaqlar ADPU-nun inzibati binası ilə tanış olublar.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search