Azərbaycan Dövlət Pedaqoji Universitetində “Açıq tədqiqat mexanizmləri haqqında tədqiqatçılar üçün təlimlər” adlı layihənin icrası çərçivəsində təlim keçirilib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Gənc Alimlər və Tədqiqatçılar Şurası və Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin birgə təşkilatçılığı ilə 12-13 oktyabr tarixlərində ADPU-da “Açıq tədqiqat mexanizmləri haqqında tədqiqatçılar üçün təlimlər” layihəsi çərçivəsində təlim keçirilib.
Təlimi giriş sözü ilə açan universitetin elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətininin fəaliyyəti haqqında ümumi məlumat verib, keçirilən təlimlərin doktorant və gənc tədqiqatçılar üçün əhəmiyyətindən danışıb.
Çıxış edən Cəmiyyətin sədri dosent İlqar Orucov təşkil edilən təlimlərin məqsədi və aktuallığı haqqında məlumat verib.
Daha sonra layihə üzrə ekspertlər Aysel Rəhimli “Açıq tədqiqat resursları, data bazalar”, Sevinc Ədilova isə “Açıq tədqiqat resurslarının işlək mexanizmləri” mövzusunda geniş təqdimatla çıxış ediblər.
Təlimdə ümumilikdə ADPU-nun 200 nəfər professor-müəllim heyəti, doktorant, dissertant və magistrantları iştirak ediblər.
Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb və gənc alim və tədqiqatçılara sertifikatlar təqdim olunub.