Previous Next

ADPU-nun Quba filialında Heydər Əliyevin 100 illiyi və Müstəqilliyin Bərpası Günü münasibətilə konfrans keçirilib

ADPU-nun Quba filialında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə və 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr edilmiş “Ümummilli Lider Heydər Əliyevin dövlətçilik təfəkkürü və Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasına gedən yol” mövzusunda elmi-praktiki konfrans keçirilib
Filialın Gənc Alimlər və Tədqiqatçılar Şurasının və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən konfrans Azərbaycan Respublikasının Dövlət Himninin ifa olunması və Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 
Filialın “Məktəbəqədər təhsil” ixtisasının III tədris ili tələbəsi Nərmin İskəndərovanın moderatorluğu ilə davam edən konfransda geniş məruzə ilə çıxış edən direktor dosent Yusif Alıyev gənclərin vətənpərvər şəxsiyyət kimi yetişmələri üçün qarşıda duran vəzifələrdən, hər bir azərbaycanlının qalib xalqın nümayəndəsi kimi öz məsuliyyətini hiss etməsindən danışaraq Azərbaycanın tarixi ilə bağlı vacib məqamlara toxunub, qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi milli ideya Azərbaycan dövlətçiliyinin əsaslarıdır. Bu milli ideya ətrafında Azərbaycan xalqı gələcəyə doğru gedir, inkişaf edir. Sevindirici haldır ki, bu gün bu ideyalar Ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Buna görə də Azərbaycan dünyada qalib dövlət kimi çıxış edir. 
Direktor bildirib ki, 2022-ci ilin 15 oktyabrında Milli Məclis Prezident İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni qanunu təsdiqlədi ki, bu qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edildi.  
Daha sonra tələbə-gənclərlə fikir mübadiləsi aparan direktor onlara bir müəllim-rəhbər kimi cəsarətli şəkildə Azərbaycanın dövlətçilik prinsiplərinə əsaslanan maraqlarını müdafiə etməyi, dilini, mədəniyyətini, təbiətini, tarixini, şanlı zəfərini daha böyük auditoriyalarda şərəflə təbliğ etməyi tövsiyə edib.
Konfransda ADPU-nun Quba filialının Gənc Alimlər və Tədqiqatçılar Şurasının sədri Elbrus Əhmədov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Aygün Şıxbabayeva, fakültə üzrə Tələbə Elmi Cəmiyyətinin sədri Zəhra Məmmədova və “Məktəbəqədər təhsil” ixtisasının III tədris ili tələbəsi Əsmər Babayeva mövzu ətrafında çıxış ediblər.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search