Previous Next

“Heydər Əliyev İli”ndə ADPU-ya qəbul olunmuş tələbələr Heydər Əliyev Mərkəzində

Oktyabrın 24-də  Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsinin eyniadlı ixtisasının TCM2301 və TCM2302 qruplarının tələbələri “Heydər Əliyev dərsi”ndə  iştirak ediblər.  
Universitetin Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə tələbələr, əvvəlcə,   “Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi” mövzusunda mühazirəni dinləyiblər. Mühazirədə qeyd edilib ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi 30 ildən artıq bir dövr  ölkənin dirçəliş və sürətli inkişaf mərhələsini təşkil edir. Heydər Əliyevin müstəqil Azərbaycanın Prezidenti seçilməsindən sonra Respublikanın  ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında ciddi dönüş yarandı, beynəlxalq əlaqələri genişləndi. Ümummilli Lider öz  uzaqgörən siyasəti ilə dövlətçilik, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərləri ehtiva edən azərbaycançılıq ideologiyasının əsasını qoydu.  
Dərsin gedişində mərkəzin mütəxəssisi Tərlan Ağayev  tələbələri Ulu Öndərlə bağlı nümayiş etdirilən 400-dək foto, arxiv sənədinin surətləri, kitab, jurnal, məcmuə və digər eksponatlarla tanış edib, onlara Heydər Əliyevin həyat və fəaliyyətinin əsas məqamları barədə məlumat verib. 
Görkəmli şəxsiyyətlərin, dövlət başçılarının Heydər Əliyevlə bağlı söylədikləri fikirlərlə tanış olan birinci tədris ili tələbələri daha sonra  Ümummilli Liderə həsr olunmuş  sənədli filmə tamaşa ediblər. 
İştirakçıların fəallığı ilə keçən son hissədə Heydər Əliyevin həyat və fəaliyyətinə dair qarşılıqlı  sual-cavab və müzakirələr aparılıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search