Previous Next

ADPU tələbələri asudə vaxtlarını səmərəli keçirirlər

Ali Məhkəməyə ekskursiya
Oktyabrın 28-də Azərbaycan Respublikası Ali Məhkəməsində açıq qapı günü keçirilib. Açıq qapı zamanı tələbələr məhkəmənin inzibati binası ilə tanış olub, zəngin kitabxanasını ziyarət ediblər. Mülki hakim İsfəndiyar Şəfiyev tələbələrə məhkəmə prosesləri haqqında geniş məlumat verərək, tələbələrə maraqlı olan sualları cavablandırıb. 
Açıq qapı günündə ADPU-nun 30-a yaxın ictimai fəal tələbəsi iştirak edib.
Tələbələr Siyasi Repressiya Qurbanları Muzeyində
Oktyabrın 28-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT) Tarix və coğrafiya fakültəsi təşkilatının təşkilatçılığı ilə 30 Oktyabr – Ümumdünya Siyasi Repressiya Qurbanlarının Xatirə Günü münasibətilə Siyasi Repressiya Qurbanları Muzeyinə ekskursiya təşkil olunub.
70-dən çox tələbənin qatıldığı ekskursiya zamanı tələbələrə sovet dövründə repressiyalara məruz qalmış görkəmli şəxsiyyətlər haqqında məlumat verilib və repressiya mexanizmləri ətraflı şəkildə izah olunub. Eyni zamanda tələbələr həmin dövrə aid yazılı materiallarla tanış olub, diskussiya aparıblar. Sonda xatirə şəkli çəkilib.
“Fikir fırtınası” intellektual yarışı
Oktyabrın 28-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri Tələbə Birliyi tərəfindən (ADPU TK TB) “Fikir Fırtınası” adlı intellektual yarış təşkil edilib. 
Yarışdan öncə Dövlət Himni səsləndirilib, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Yarışda “Optimistlər”, “Sirius”, “Shine”, “Legion”, “DE-Facto”, “İnnovasiya”, “13” və “Çehracgillər” komandaları iştirak edib. 
Gərgin mübarizə şəraitində keçən yarışın qalibi olan “13” komandası sertifikatla təltif edilib.
Qeyd edək ki, yarışın məqsədi dünyagörüşü inkişaf etdirmək və əyləncəli vaxt keçirməkdir. Yarışda, həmçinin, məşhur filmlərdən musiqilər səsləndirilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search