Previous Next

Pedaqoji Universitetin rəhbərliyi Təhsilin İnkişafı Forumunda iştirak edib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva, rektor müşaviri Ümid Mehdiyev və ADPU nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, dosent İsrayıl İsgəndərov Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə keçirilən, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumunda iştirak ediblər.
"İnnovasiya ekosisteminin yaradılması”, “Universitet–sənaye tərəfdaşlığı” və “Gələcək üçün təhsil” panellərində müzakirələrin aparıldığı Forumda peşəkar yerli və beynəlxalq moderator və spikerlərin çıxışları maraqla qarşılanıb.
Panellər zamanı təhsil və iqtisadiyyatın inteqrasiyası, təhsil və əmək bazarı, sənaye ilə tərəfdaşlıq strategiyası, sənayenin təhsildən gözləntiləri, əlavə dəyərin yaradılması, ekosistemin inkişafında bankların rolu, tədqiqat və inkişaf ekosistemi, ömürboyu təhsil, əmək bazarının dəyişən tələbləri, süni intellekt və təhsil mövzularına toxunulub.
“Təhsildən tərəqqiyə” devizi ilə təşkil olunan forumda iştirakçılarla işgüzar əlaqələrin qurulması, birgə layihələrin planlaşdırılması, həmçinin innovasiya ekosisteminin yaradılması, dövlət-özəl tərəfdaşlığı, təhsil və iqtisadiyyatın inteqrasiyası kimi mövzular üzrə müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar yerli və beynəlxalq mütəxəssislər tərəfindən cavablandırılıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search