Previous Next

“Heydər Əliyev İli” çərçivəsində ADPU-da növbəti dərs keçirilib

Azərbaycan Respublikası Prezidentinin ötən il sentyabrın 29-da imzaladığı sərəncamla 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Dövlət başçısının digər  sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planında isə il ərzində bütün pillələrdən olan  təhsil müəssisələrində “Heydər Əliyev dərsləri”nin keçirilməsi nəzərdə tutulub. Sözügedən sərəncama uyğun olaraq, 2023-cü ilin ilk aylarından etibarən  ADPU-nun Heydər Əliyev Mərkəzi mütəmadi olaraq universitetin  ayrı-ayrı fakültələrinin qruplarında analoji dərsləri təşkil edir. 
Noyabrın 3-də keçirilən “Heydər Əliyev dərsləri”nin sayca 16-cı məşğələsinin iştirakçıları Tarix və coğrafiya fakültəsinin “Tarix müəllimliyi” ixtisasının TAR2301B və TAR2302B saylı qruplarının tələbələri olub. İştirakçılar  öncə müasir Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi haqqında mühazirəni dinləyiblər. Onlara  Ümummilli Liderin şəxsiyyəti, fəaliyyəti, ölkə və xalq qarşısındakı xidmətləri haqqında məlumat verilib, 1969-cu ildən 2003-cü ilədək davam edən  böyük bir  dövrün  haqlı olaraq “Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi” adlandırıldığı qeyd edilib. 
Görkəmli şəxsiyyətlərin H.Əliyev haqqında söylədikləri fikirlərə nəzər yetirən iştirakçılar daha sonra mərkəzin mütəxəssisinin müşayiəti ilə burada nümayiş olunan eksponatlarla tanış olublar. Ekskursiyanın gedişində qeyd olunub ki, mərkəzdə Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən 181 adda  kitab, 169 foto, 13 arxiv sənədinin surəti, 12 ədəd suvenir və digər eksponatlar toplanıb. 
H.Əliyevin həyat və fəaliyyətinin əks olunduğu sənədli filmin nümayişindən sonra  iştirakçıların fəallıq göstərdiyi  “Heydər Əliyev dərsləri”   sual-cavab və müzakirələrlə davam edib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search