Previous Next

ADPU-nun fakültəsində Vətən müharibəsinə həsr olunmuş stendin açılışı olub

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İbtidai təhsil fakültəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş stendin açılışı olub. Açılışda Pedaqoji Universitetin rektoru, professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, ümumi işlər üzrə prorektor Tural Cəlilov, rektorun müşaviri Ümid Mehdiyev, tədris departamentinin direktoru, dosent Sənan Əliyev, İbtidai təhsil fakültəsinin dekanı professor Qızxanım Qəhrəmanova, kafedra müdiri, professor Fərrux Rüstəmov və professor Əbülfət Pələngov, dekan müavinləri, müəllim və tələbələr iştirak ediblər. 
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub, vətən uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Stendin açılışı İbtidai təhsil fakültəsinin tələbələrinin təqdim etdiyi vətənpərlik ruhunda kompozisiyaların müşayəti ilə gerçəkləşib. 
Daha sonra prof. C.Cəfərov tələbələrlə görüşüb. Dərs prosesini izləyən rektor tələbələrin təəssüratlarını dinləyib, onlara təhsil həyatlarında uğurlar arzulayıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search