Noyabrın 7-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialı və AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (AMEA Şəki REM) birgə təşkilatçılığı ilə “Tarixi zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” adlı tədbir keçirilib.
ADPU-nun Şəki filialının akt zalında keçirilən tədbirdə filialın rəhbərliyi, professor-müəllim, işçi heyəti, AMEA Şəki REM-in rəhbərliyi və kollektivi iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş sözü ilə çıxış edən ADPU-nun Şəki filialının direktoru, r.ü.e.d., dosent Rafiq Rasulov Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, qazanılan böyük qələbənin tarixi köklərindən bəhs edib və bildirib ki, bu zəfər Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və möhtərəm Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin nəticəsidir.
Tədbirdə çıxış edən AMEAŞəki REM-in direktoru fiz.ü.f.d., dosent Yusif Şükürlü diqqəti böyük Zəfərə gedən yola yönəldərək, Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən və Prezident İlham Əliyevin həyata keçirdiyi möhtəşəm siyasətdən bəhs edib.
Sonra məruzələr dinlənilib. ADPU-nun Şəki filialının Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının müdiri, ped.ü.e.d., professor Firədun İbrahimov “Prezident İlham Əliyevin fəaliyyəti Azərbaycan dövlətçilik tarixinin şanlı səhifəsidir”, Humanitar fənlər kafedrasının baş müəllimi Rasimə Bəkirova “İşğaldan azad olunmuş ərazilərdə quruculuq: nəhəng infrastruktur layihələrin reallaşdırılması”, AMEA Şəki REM-in Ekoloji coğrafiya şöbəsinin müdiri Yusif Rəhimov “Ata vəsiyyəti və inamlı zəfər”, Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin kiçik elmi işçisi, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Tural Adışirinov isə “Zəfər Günü bədii ədəbiyyatda” mövzularında məruzələrlə çıxış ediblər.
Sonra məruzələr ətrafinda çıxışlar dinlənilib. Tədbirdə iştirak edən Vətən müharibəsi qaziləri çıxış edərək, öz fikir və təəssüratlarını bölüşüblər.