Previous Next

ADPU-nun Quba filialında şəhid ailələri və qazilərlə görüş keçirilib

ADPU-nun Quba filialının və Şahdağ Milli Parkının birgə təşkilatçılığı ilə filialın Heydər Əliyev Mərkəzində şəhid ailələri və qazilərlə görüş keçirilib.
Tədbirdə filialın struktur rəhbərləri, Şahdağ Milli Parkının müdir müavini Rəvayət Nəzərov, elmi işçisi Şahbala Salmanov, şəhid Yaşar Xudayevin atası Əli Xudayev, şəhid İxtiyar Bayramovun atası Bayram Bayramov, qazilər İsmət Əhmədov, Məhəmməd Əzizov, Mayıl Zahirov və tələbələr iştirak edib.
Çıxış edən şəhid ailələri və qonaqlar filialda Vətən müharibəsi şəhidlərinin xatirəsinin yaşadılması istiqamətində görülən işlərin bir növ mənəvi dəstək olduğunu qeyd edərək belə təşəbbüskarlığa və vətənpərvərliyə görə minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, açılan yol, göstərilən nümunə burada yetişdirilən gələcəyin müəllimləri üçün yollarına işıq saçan bir məşəldir. 
Sonda xatirə şəkli çəkdirilib, simvolik tort kəsilib, söhbət çay süfrəsi arxasında davam etdirilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search