Previous Next

ADPU IX Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzi 11-15 noyabr tarixlərində Bakı Ekspro Mərkəzində keçirilən IX Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur.
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan IX Bakı Beynəlxalq Kitab Sərgisində Pedaqoji Universitetin stendində  Heydər Əliyevin Azərbaycan təhsil sistemində həyata keçirdiyi elmi-mədəni islahatlardan, milli təhsil quruculuğu sahəsində gördüyü işlərdən bəhs edən, həmçinin həyat və fəaliyyətini əks etdirən nəşrlər, ADPU-nun professor- müəllim heyətinin Ulu Öndər haqqında yazdıqları əsərləri ilə yanaşı universitetin 100 illik yubileyi ilə bağlı nəşr olunmuş silsilə kitablar, monoqrafiya, dərslik, dərs vəsaitləri, tədqiqat əsərləri və universitetin dövri-elmi nəşrləri nümayiş olunur.
Sərgidə ADPU-nun stendi iştirakçılar tərəfindən maraqla qarşılanır. Respublikanın tanınmış ziyalıları, xaricı ölkə nümayəndələri, kitabsevərlər stendlə yaxından tanış olur, onlara universitetin keçdiyi tarixi yol, pedaqoji kadr hazırlığı haqqında, həmçinin Kitabxana-İnformasiya Mərkəzinin təqdim etdiyi elektron xidmətlər barədə geniş məlumat verilir, ziyarətçilərə məlumatverici bukletlər təqdim olunur.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search