Previous Next

Pedaqoji Universitetin Quba filialında Beynəlxalq elmi konfrans keçirilib

17-18 noyabr tarixlərində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə hərs olunmuş "Regionlarda ali təhsil: reallıqlar və perspektivlər" III Beynəlxalq elmi konfransı keçirilib. 
Konfransın açılış mərasimindən əvvəl Quba Rayon İcra Hakimiyyətinin başçısı  İlqar Mahmudov, filialın direktoru, dosent Yusif Alıyev, Quba rayon prokuroru Namiq Muradov, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Quba rayon şöbəsinin rəisi Elcan Süleymanov və ADPU  nümayəndə heyətinin üzvləri- professor Müseyib İlyasov və professor Fərrux Rüstəmov Ümummilli Lider Heydər Əliyevin Quba şəhərində yerləşən abidəsini ziyarət ediblər. 
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və  şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayıb. 
Açılış nitqi ilə çıxış edən filialın direktoru, dos. Y.Alıyev qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə hərs olunmuş Beynəlxalq elmi konfransın əsas məqsədi regionlarda təhsilin və alimlərin elmi-tədqiqatçılıq bacarıqlarının  inkişafı, qabaqcıl təcrübənin öyrənilməsi, kadr potensialının yüksəldilməsi, qarşılıqlı elmi və beynəlxalq əlaqələrin qurulması, innovasiyanın gücləndirilməsi, təbii-coğrafi şəraitin potensialının istehsalata və praktikaya cəlb edilməsi, habelə alimləri, tədqiqatçıları, dövlət və özəl sektor təmsilçilərini bir araya gətirməkdir. Bildirilib ki, 5 fərqli ölkənin (Azərbaycan, Türkiyə, Rusiya, Şimali Kipr, Moldova) 9 universitetinin (Azərbaycan Dövlət Pedaqoji Universiteti, Naxçıvan Dövlət Universiteti, Elm və Təhsil Nazirliyinin (ETN) Coğrafiya İnstitutu, Qars Qafqaz Universiteti, Kiriniya Amerikan Universiteti, Dağıstan Dövlət Texniki Universiteti, Həştərxan Dövlət Universiteti, Kişinyov Dövlət Pedaqoji Universiteti və Mərsin Arxeoloji Müzeyi) dəstəyi ilə təşkil olunan Beynəlxalq konfransın Təşkilat Komitəsinə 104 məqalə təqdim olunmuş, onlardan 82 məqalə məruzə üçün qəbul edilmişdir. 
Daha sonra çıxış edən Quba RİH başçısının sosial və humanitar məsələlər üzrə müavini Səidə Abasova regionlarda ali təhsilin inkişafının vacibliyini diqqətə çatdıraraq, bu sahədə ADPU-nun Quba filialının örnəyinin təqdirəlayiq hal olduğunu bildirib. 
Tərəfdaş universitetlərdən Qars Qafqaz Universitetinin rektor köməkçisi Engin Qılınc təmsil etdiyi ali təhsil ocağının Türkiyədə region universiteti olmasına baxmayaraq, dünyanın nüfuzlü universitetləri sırasında yer aldığını, bu sahədə Azərbaycan universitetləri ilə, xüsusilə də, region ali məktəbi olan ADPU-nun Quba filialı ilə əməkdaşlığından məmnunluğunu bildirib.
Çıxış edən Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru, dos. Elbrus İsayev qeyd edib ki, vaxtilə ADPU-nun filialı kimi fəaliyyətə başlayan NDU hazırda dünyanın ən aparıcı universitetlərinin reytinq sıralamalarındayer alır. 
Daha sonra çıxış edən Kiriniya Amerikan Universiteti, ETN-in Coğrafiya İnstitutu, Dağıstan Dövlət Texniki Universiteti, Həştərxan Dövlət Universiteti, Kişinyov Dövlət Pedaqoji Universiteti, Mərsin Arkeoloji Müzeyi və Pəncab Universitetinin nümayəndələri də konfransın ölkələrin qarşılıqlı əməkdaşlığı baxımından əhəmiyyətini diqqətə çatdırıb və qeyd ediblər ki, dünya üzrə artan rəqabətə davam gətirə bilmək üçün ali təhsil ocaqlarında XXI əsrin tələblərinə uyğun təhsil modelinin qurulması vacibdir. 
Yekunda Quba Uşaq Musiqi məktəbinin kollektivinin və filialın tələbələrinin ifasında bir-birindən maraqlı bədiinsəhnəciklər, musiqi nömrələri təqdim olunub.
Açılış mərasimindən sonra iki gün ərzində əyani və onlayn formada panel müzakirələri təşkil olunub, məruzələr dinlənilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search