Previous Next

ADPU-nun rektor köməkçisi Azərbaycan–Türkiyə Təhsil İşçilərinin II Peşə – Təcrübə Proqramında iştirak edib

"İslahatçı Gənclər” İctimai Birliyi, "Edu Time” Təhsil və İnkişaf Mərkəzi və "Peak Network"un təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində Azərbaycan – Türkiyə Təhsil İşçilərinin II Peşə – Təcrübə Proqramı baş tutub. Təcrübə Proqramında digər ali və orta məktəb nümayəndələri ilə yanaşı Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektor köməkçisi Riyad Rüstəmli də iştirak edib.
16-20 noyabr tarixlərində keçirilən proqram Azərbaycan Respublikasının İstanbul şəhərindəki baş konsulluğunu ziyarətlə başlayıb.
Heyəti qəbul edən baş konsul Nərminə Mustafayeva bildirib ki, Azərbaycanla Türkiyə arasında bütün sahələrdə olduğu kimi təhsil sahəsində əməkdaşlıq ən yüksək səviyyədədir.
Proqram çərçivəsində rektor köməkçisi Riyad Rüstəmli Türkiyənin ən nüfuzlu universitetlərindən olan İstanbul Aydın Universiteti, Haliç Universiteti və Üsküdar Universitetini, o cümlədən “Bil Məktəbləri”ni ziyarət edib, İstanbul Aydın Univetsitetinin Qəyyumlar Şurasının sədri Mustafa Aydın, Üsküdar Universitetinin rektoru Nazifə Güngör və Haliç Universitetinin baş katibi Burak Başkan ilə görüşüb. Görüşlərdə qarşılıqlı ikitərəfli əməkdaşlıq və təcrübə mübadiləsi imkanları müzakirə olunub, perspektivlər qeyd olunub.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search