Previous Next

“Kəlağayı – Milli-mənəvi dəyərimiz” – ADPU SABAH qruplarında maraqlı tədbir

Noyabrın 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) SABAH qruplarının təşkilatçılığı ilə  “Kəlağayı – Milli-mənəvi dəyərimiz” mövzusunda tədbir keçirilib. 
Tədbirdə iştirak edən Kəlağayı Muzeyinin direktoru, Azərbaycan Yazıçılar Birliyinin  üzvü Güllü Tomarlı tələbələrə Azərbaycan xalqının milli ruhunu səciyyələndirən ən dəyərli simvollardan biri olan kəlağayı haqqında geniş məlumat verib, Azərbaycan Aşıqlar Birliyinin üzvü, “Aşıq Pəri” məclisinin qurucusu Səadət Buta isə kəlağayının üzərində olan milli ornamentlərin mənasını açıqlayıb, bir neçə əsrlik kəlağayılar haqqında məlumat verərək, müxtəlif kəlağayıları nümayiş etdirib və müasir kəlağayılarla müqayisəli təhlilini verib. 
Daha sonra tələbələr Sahil bağında açıq hava altında kəlağayılarla milli rəqs nümunələri göstərmiş, fləşmob təşkil etmişlər.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search