Previous Next

ADPU-nun Şəki filialının tələbələri məktəbəqədər yaşlı uşaqlar üçün ekoloji oyunlar tərtib ediblər

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının “Məktəbəqədər təhsil” ixtisasında “Məktəbəqədər yaşlı uşaqların ekoloji tərbiyəsi” adlı seçmə fənn tədris edilir. Fənnin təlim nəticələri və qarşıya qoyulmuş peşə kompetensiyalarına əsasən, tədris prosesində ekoloji biliklə bərabər, ekoloji bacarıq və vərdişlərin aşılanması da tələb kimi qarşıya qoyulur. 
Filialda Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Səadət Feyzullayevanın rəhbərliyi ilə bu fənnin tədrisi zamanı tələbələr ekoloji oyunlar və yaradıcı tapşırıqların hazırlanmasında xüsusi fəallıq nümayiş etdirirlər. Onlar 3-5 yaşlı uşaqlar üçün bu məqsədə xidmət edən müxltəlif oyunlar tərtib edərək, onları adlandırılıb, oyunların məqsədi və tətbiqetmə qaydasını hazırlayıblar. 
Tələbələrin hazırladıqları bu oyunlar uşaqların yalnız ekoloji mədəniyyətinin formalaşmasına deyil, eyni zamanda şəxsiyyət kimi inkişafına da müsbət təsir göstərəcək. Tələbələr tərəfindən  hər oyun qaydası ilə bərabər, vəsaitlər də hazırlanaraq təqdim edilib. Fənn müəllimi S.Feyzullayeva konqnitiv və hərəki ekoloji oyunların təşkili və həyata keçirilmə bacarığını gələcək müəllimlərin peşəkar fəaliyyətinin ayrılmaz hissəsi hesab etməkllə yanaşı, tələbələrin hazırladıqları oyun və vəsaitləri fənnin tədrisi prosesinə dəyərli töhfə kimi qiymətləndirir.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search